Pakistandan Prezidentə yazırlar: “Ürəyimiz Azərbaycanla döyünür”
29 sentyabr 2020 15:03 (UTC +04:00)

Pakistandan Prezidentə yazırlar: “Ürəyimiz Azərbaycanla döyünür”

Azərbaycanın müqəddəs Vətən müharibəsi apardığı bu günlərdə Prezident İlham Əliyevin ünvanına saysız-hesabsız müraciət gəlməkdə davam edir. Bu müraciətlərdən biri də daim Azərbaycanın yanında olan Pakistandandır. 

Bu ölkənin Multan şəhərindən Məsud Əhməd yazır:

- Möhtərəm cənab Prezident.

Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram.

Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür.

Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram.

Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar